“Azərişıq” ASC-nin rəhbərliyi qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22.08.2019 / 27 baxış “Azərişıq” ASC-nin rəhbərliyi qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

“Azərişıq” ASC-nin rəhbərliyi qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

ASC-dən bildirilib ki, “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov avqustun 22-də Gəncə şəhərində Gəncə şəhər və Samux rayonundan olan 27-yə yaxın vətəndaşı qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Gəncə şəhəri, Samux və Şəmkir rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Şəmkirdə 12 vətəndaşın müraciətlərini dinləyib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.