“Azərişıq” ASC-nin rəhbərliyi şimal qerb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22.07.2019 / 0 baxış “Azərişıq” ASC-nin rəhbərliyi şimal qerb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin rəhbərliyi şimal qerb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
"Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov iyulun 19-da Zaqtalada 22-yə yaxın vətəndaşı qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.
ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Qax,Zaqatala,Balaken ve Sheki 
rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.
Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Qaxda (Qax və Şeki sakinləri üçün) 14 vətəndaşın müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.