“Azərişıq” ASC: Texniki itkilər azalıb

04.04.2019 / 5877 baxış “Azərişıq” ASC: Texniki itkilər azalıb

“2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirildi. Paytaxtda isə bu göstərici 7,5% təşkil etdi”.Bunu qurumun Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

“Azərişıq” ASC tərəfindən texniki itkilərin azaldılması istiqamətində geniş miqyaslı işlər davam etdirilməkdədir. İstismar müddəti başa vurmuş və xəta ilə işləyən sayğacların yenisi ilə əvəz olunması işləri aparılır. 2015-ci ildən bəri təxminən 1 mln. abunəçi yeni sayğacla ilə təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2% azalmasına nail olacağıq. Bu işlərin davamlı aparılması üçün maliyyə vəsaiti tələb olunur. Buna görə də, yığım səviyyəsinin yüksəldilməsi əsas vəzifəmizdir”, - o qeyd edib.

Bundan başqa, “Azərişıq” rəsmisinin sözlərinə görə, Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparılıb: “4 500 kənd var. Son 4 ildə 400 kənddə layihələndirmə olub”.