Bu il “Yeni Yaşma” Külək Elektrik Parkında 68 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

04.10.2019 / 46 baxış Bu il “Yeni Yaşma” Külək Elektrik Parkında 68 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik Parkının stansiyalarında bu ilin 9 ayında 68 milyon kilovat/saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edək ki, “Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır.