"Elektron müraciətlərin idarə olunması sistemi" beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür

12.03.2020 / 224 baxış "Elektron müraciətlərin idarə olunması sistemi" beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür

Elektron müraciətlərin idarə olunması sistemi beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür. 

 

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı “Elektron müraciətlərin idarə olunması sistemi” yaradılmışdır. Bu  Sistemin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı, rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir.

 

Sahibkar e-hökumət portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı, yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir .

 

Həyata keçirilən islahat təbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin, sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi,  fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində, “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb.

 

Virtual məkanda müasir texnologiyaların imkanlarından və dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək, ölkə vətəndaşlarına göstərilən xidmətləri keyfiyyətcə yeni formada təqdim edir. Layihənin cəmiyyət həyatındakı əhəmiyyəti aşağıdakılardan ibarətdir.

 

Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması.

Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələlərin həll edilməsi.