“İşıqlandırma” layihəsində "Azərişıq" ASC-nin əvəzsiz rolu

16.09.2020 / 256 baxış “İşıqlandırma” layihəsində "Azərişıq" ASC-nin əvəzsiz rolu

 

Müəllifi Mehriban xanım Əliyevanın olduğu "İşıqlandırma" layihəsindən bəhs edilən məqalədə layihə çərçivəsində görülən işlər və layihəyə dəstək verən bir neçə şirkət və  qurumlarla yanaşı  "Azərişıq" ASC-nin fəaliyyəti də xüsusilə vurğulanıb.

 

Haqqın.az Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “İşıqlandırma” layihəsi haqqında məqalə dərc edib. Məqalədə layihənin Bakı, Sumqayıt şəhərlərinin və Şamaxı rayonunun ümumilikdə 12 ərazisini əhatə etməsi, təkcə paytaxtın 550 küçəsində intensiv şəkildə abadlıq işlərinin aparılması qeyd edilib. 
Sözügedən məqalədə “Bakı Abadlıq Mərkəzi”,  “Philips” firması və "Azərişıq" ASC-nin də yer aldığı “İşıqlandırma” layihəsinin gedişatından - layihə çərçivəsində görülən işlərdən danışılıb və abadlıq işləri aparılan ərazilərin son vəziyyətləri barədə fotolar yerləşdirilib. 

 

Qeyd edək ki, "Azərişıq" ASC tərəfindən layihə çərçivəsində yenidənqurma işləri aparılan ərazilərdə işıqlandırma sistemlərinin yenilənməsi həyata keçirilib. 

 

Mənbə: https://haqqin.az/news/189418