Mərkəzi yollarda işıqların gündüzlər söndürülməməsinə "Azərişıq" ASC-dən cavab

22.08.2019 / 0 baxış

 

Son zamanlar gecə vaxtı bəzi küçələrin işıqlandırılması və mərkəzi yolları işıqlandıran dayaqlarda lampaların gündüzlər söndürülməməsi ilə bağlı məsələyə "Azərişıq" ASC münasibət bildirib.

 

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, qurumun əsas missiyası Istehlakçıları dayanıqlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təchiz etməkdir.

 

Küçələrin işıqlandırılması Səhmdar Cəmiyyətin səlahiyyətində deyil:

 

"Küçə işıqlandırılması İdarəsinin elektrik enerjisinə olan tələbatı tam ödənilir".