Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb və Cənub Regional Elektrik Şəbəkələrində bəzi fəsadlar yaradıb

23.09.2018 / 389 baxış Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb və Cənub Regional Elektrik Şəbəkələrində bəzi fəsadlar yaradıb

Ölkə ərazisinde hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb ve Cənub Regional Elektrik Şəbələrində bəzi fəsadlara səbəb olub. Elektrik verilişi xətlərində "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı təbdirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

 

Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

 

O bildirib ki, Baki Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan ve Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamuddətli fasilə yaranıb.