Tanrıverdi Mustafayev: “Azərişıq” baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür”

09.08.2019 / 0 baxış Tanrıverdi Mustafayev: “Azərişıq” baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür”

 

“Bütün ölkə boyu elektrik enerjisi təchizatı tam təmin edilib”. 

 

Bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

Onun sözlərinə görə, təmsil etdiyi qurum kəskin hava şəraiti ilə bağlı baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür: “Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır. Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Belə təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.