"Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

  

"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin "Azərişıq" ASC üzrə ümumi icra vəziyyəti haqqında hesabat:

  

 

2022-ci ilin yekunlarına əsasən “Azərişiq” ASC tərəfindən ümumilikdə 2 882 601 abonent olmaqla 2 696 768 məişət, 185 833 isə qeyri-əhali abonentinə xidmət göstərilir. 2022-ci il ərzində “Azərişiq” ASC tərəfindən 20,18 milyard kVts elektrik enerjisi alınmış, istehlakçlara 18,44 milyard kVts faydalı elektrik enerjisi satılmışdır. 2022-ci il ərzində istehlakçılara 269 901 ədəd elektrik sayğacı quraşdırlmışdır. Görülmüş işlərin nəticəsində faydalı satılmış elektrik enerjisindən ümumi yığım səviyyəsi 97 %-ə çatdırılmışdır.

 

       Master Plan çərçivəsində "Azərişıq" ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Sabunçu”, 43, 42, 34, 14, 22, 51 və 36 saylı yarımstansiyalar 20/6 kV-luq gərginlik sinifindən 35/6 kV-luq gərginlik sinifinə keçirilmiş, Gəncə şəhərində 35/6 kV-luq 4 MVA gücündə “Hacıməlik”, İsmayıllı rayonunda 35/10 kV-luq 2x6,3 MVA gücündə, “Basqal”,  Ağstafa rayonunda 35/10 kV-luq 6,3 MVA gücündə “Şəkərli”, Bakının Suraxanı rayonunda 35/6 kV-luq 2x6,3 MVA gücündə 362 saylı yarımstansiyalar inşa edilmişdir. Daşkəsən rayonunda yeni inşa edilmiş 110/35/6 kV-luq 2x40 MVA gücündə, “Daşkəsən” yarımstansiyası və 110 kV-luq 1-ci və 2-ci “Daşkəsən” hava xətləri şəbəkəyə qoşulmuşdur. Samux rayonunda 35/10 kV-luq 4 MVA gücündə “Poylu” yarımstansiyasında, Qəbələ rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Hacalı” yarımstansiyasında, Qaradağ rayonunda 35/6 kV-luq 501 və 504 saylı yarımstansiyalarda yenidənqurma işləri yerinə yetirilmişdir. Siyəzən rayonunda 35/6 kV-luq “Zarat” yarımstansiyasında  1 MVA gücündə transformator 3,2 MVA gücündə, Qusar rayonunda 35/6 kV-luq “Qusar SES” yarımstansiyasında 3,2 MVA gücündə transformator 5,6 MVA gücündə,Xaçmaz rayonunda 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyasında 6,3 MVA gücündə transformator 10 MVA gücündə,   Zaqatala rayonunda 110/35/10 kV-luq “Zaqatala” yarımstansiyasında 20 MVA gücündə və 35/10 kV-luq “Çeşməli” yarımstansiyasında 2,5 MVA gücündə transformatorlar müvafiq olaraq 25 MVA və 4 MVA gücündə , 110/35/6 kV-luq 40 MVA gücündə transformator 50 MVA gücündə müasir tipli transformatorla, 10/0,4 və 6/0,4 kV-luq 68 ədəd transformator daha yüksək gücə malik  transformatorlarla əvəz edilmişdir. Respublika ərazisində inşa edilmiş “pit stop” dayanacaqlarının elektrik təchizatı üçün 16 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılmışdır. Qaradağ rayonunda 110/35/6 kV-luq “Səngəçal-1” yarımstansiyasında   10 MVA gücündə, Ağdam rayonunda 110/35/6 kV-luq “Təzəkənd” yarımstansiyasında 16 MVA gücündə transformatorlar bərpa olunmuş,  Şəki rayonunda 110/35/10 kV-luq 5,6 MVA gücündə “Göynük” yarımstansiyasında əlavə 4 MVA gücündə   transformator quraşdırılmışdır. Ümumilikdə, 1200 ədəd 10 və 6 kV-luq,  16 ədəd 35 kV-luq, 4 ədəd 110 kV-luq güc  transformatorları   təmir edilmişdir.                                                                             

Bakı şəhərinin Binəqədi rayonunda 91 saylı, Qaradağ rayonunda “AEK”, Sumqayıt şəhərində “Sumqayıt”, Tovuz şəhərində “Qovlar” və “Tovuz”, Göygöl rayonunda “Göygöl”, Zaqatala rayonunda “Zaqatala”, Samux rayonunda “İstilik”, Mingəçevir şəhərində “Karxana” 110 kV-luq, Abşeron rayonunda “At yalı”, Yevlax şəhərində “DBM”, Daşkəsən rayonunda “Çovdar”, Şamaxı rayonunda “Şirvan Aqro”  35 kV-luq yarımstansiyaların  yenidən qurulması işləri davam etdirilir.

 

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə  həyata keçirilən uğurlu  iqtisadi islahatlar elektroenergetika sahəsində də öz müsbət nəticələrini göstərməkdədir.  Bu sahədə müasir texnologiyaların tətbiq edilməsi ilə ehtiyat generasiya güclərinin yaradılması, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, enerji təchizatı sistemində mövcud problemlərin aradan qaldırılması, enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi nəticəsində   respublikamızın elektrik təsərrüfatı yüksək səviyyədə inkişif etmiş və  bu gün ucqar, çətin relyefli yaşayış məkanlarımzda belə dayanıqlı  və etibarlı elektrik enerjisi təmin edilmişdir.

           Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”  2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

          “Azərişıq” ASC tərəfindən  respublikamızda elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi, o cümlədən  paylayıcı şəbəkə tərəfindən elektrik təchizatının yaxşılaşdırılması, yenidənqurulması və elektrik verilişi xətlərinin çəkilməsi sahəsində  mühüm tədbirlər həyata keçirilmişdir.

           Müasir texnologiyaların tətbiq edilməsi ilə yaradılan   “Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi Regional Avtomatik İdarəetmə mərkəzləri, 3D-mobil xəritə sistemi, SCADA sistemi, enerji keyfiyyəti göstəricilərinin analiz olunması, ötürücü xətlərdə enerji kəsintiləri və itkilərin müəyyən edilməsi, məsafədən avtomatik sayğacoxuma sistemi, müasir Çağrı mərkəzi, avadanlıqların texniki pasportlaşma sistemi, abonentlərin FİN-kodlaşma sistemi, avtomobillərin (qəza əleyhinə texnika, səyyar sınaq-diaqnostika laboratoriyaları) GPS-mövqe sistemi, alternativ və bərpaolunan enerji mənbələri, paylayıcı şəbəkələrdə zonalar üzrə səmərəli hesabat sistemindən (SAİDİ/SAİFİ) məlumatlar alaraq dərhal analizini aparır, elektrik enerjisi təminatında yaranan fasilələri aradan qaldırmağa, abonent məmnunluğunu təmin etməyə geniş imkanlar yaradır. "Azərişıq" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzur və Qarabağda Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən  böyük yenidənqurma və quruculuq işləri həyata keçirilir.

        Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi  35/10-6/0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli 35/0,4 kV-luq şəbəkələrlə əvəz edilmişdir. Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənmişdir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini yəni, abonentə qədər  nəzarətdə saxlamaq mümkün olur. 

      Respublikamızda ilk dəfə olaraq Şuşa şəhərində tətbiq olunan müasir şəbəkə idarəetmə sistemi abonentə qədər  olan elektrik enerjisi istehlakına nəzarət və idarə etmək məqsədilə istifadə olunur. Şuşa şəhərində olan yerüstü hava xətləri, naqillər, dayaqlar ləğv olunaraq yeraltı sistemə keçirilir. Bunun başlıca səbəblərindən biri də  bu ərazinin turizm potensialının yüksək olmasıdır.

           Cəbrayıl və Hadrut rayonlarının şəhər mərkəzlərində, inzibatı infrastruktur binaların elektrik enerjisi ilə təmin olunması həyata keçirilmiş, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” qovşaq yarımstansiyasına qədər uzunluğu  27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilmişdir. Daha sonra Şuşanın elektrik enerjisi ilə təmin olunması əsas prioritetlərdən biri olduğuna görə Şuşa şəhərinin qısa vaxt ərzində  elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilmişdir. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilmişdir.  

        “Hadrut”-“Daşaltı” elektrik verilişi xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilmişdir. “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35/0,4 kV-luq 2x1600 kVA gücündə dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaqdır. Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metrdən çox 0,4 kV-luq kabel elektrik verilişi xətti, 1,5 kilometrdən artıq 10 kV-luq hava elektrik verilişi xətti çəkilmişdir. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik verilişi xətti bərpa olunmuşdur. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik verilişi xətti bərpa edilmiş,  Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xəttinin bərpasına başlanılmışdır.. Həmçinin “Kəlbəcər” yarımstansiyası -“İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunmuş, yeni dayaqlar quraşdırılmışdır. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir. Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməli qoyulmuşdur. Burada 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik verilişi xətti tamamilə yenidən qurulacaqdır. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir.

          Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaqdır. Bu cür yarımstansiya şəbəkənin məsafədən avtomaik, çevik idarə edilməsini təmin edir. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir.        

 Zəngilanın Ağalı kəndində  “Ağıllı Kənd” lahiyəsi çərçivəsində yenidənquma işləri həyata keçirilir. Zəngilanda tikilmiş beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilmişdir.

  Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir. Əvvəlcə burada 110/35/10 kV-luq «Şükürbəyli» yarımstansiyası istifadəyə verilmişdir. Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər də yekunlaşdırılmışdır. Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunmuşdur. Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyadan götürülən xəttin uzunluğu       22,5 km-dir və izolyasiyalı naqillə çəkilmişdir.   “Ağıllı kənd”  layihəsi  çərçivəsində Zəngilan rayonu Ağalı kəndinin elektrik təchizatı üçün 18 km uzunluğunda, Zəngilan aeroportunun elektrik təchizatı üçün 11 km uzunluğunda 35 kV-luq izolyasiyalı universal kabel xətləri çəkilmiş, aeroport üçün 35/0,4 kV-luq müxtəlif gücdə 4 ədəd yarımstansiya inşa edilmişdir. Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin edilməsi üçün 34 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılmış, 184 km 110/35 və 10 kV-luq elektrik veriliş xətləri çəkilmiş və bərpa edilmişdir. SK-11 dispetçer idarəetmə sistemi 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının  qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və ağıllı hesabat sisteminin qurulması ilə abonent məmnunluğu əldə edilir. Şuşa, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı və Ağdam  rayonlarında 39,5 km məsafədə 35 kV-luq, 54,3 km 10 kV-luq, 50 km 0,4 kV-luq elektrik verilişi xətlərində, 9 ədəd 35 kV-luq 62 ədəd 10 kV-luq yarımstansiyalarda təmir və bərpa işləri aparılmışdır.Füzuli rayonunda inşa edilmiş Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi istismara verilmişdir. Elektrik verilişi xətlərinin istismarının optimallaşdırılması və idarəolunmasının yaxşılaşdırılması məqsədilə 35 kV-luq “Güləbird - Minkənd” hava xəttində 3 ədəd, Şuşa rayonunda yerləşən 35/10 kV-luq “Sığna” yarımstansiyasında 1 ədəd 35/10 kV-luq “Zəngilan” yarımstansiyasında 1 ədəd, 35 kV-luq Vejnəli hava xəttində 1 ədəd (cəmi 6 ədəd) intellektual kommutasiya aparatı-reklouzerlər quraşdırılmışdır. Hal-hazırda Şuşa şəhərində 4 və 6 saylı, Hadrut qəsəbəsində, Qubadlı, Zəngilan, Füzuli, Kəlbəcər, Cəbrayıl və Ağdam rayonlarında  (2 ədəd) 35 kV-luq yarımstansiyaların tikintisi aparılmaqdadır.  Ağıllı şəbəkə konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Tərtər rayonu Suqovuşan kəndində tətbiq olunmuşdur.

 

         “Azərişıq” ASC –nin prioritet istiqamətlərindən biri də  vətəndaşların məmnunluğunun təmin edilməsi,  enerji təchizatı ilə bağlı yaranan məsələlərin operativ və tez bir zamanda həll edilməsi, məmur – abonent təmasının aradan qaldırılması, şəffaflığın artırılması, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, əhalinin keyfyyətli elektrik enerjisi ilə təmin edilməsidir.

       "Azərişıq" ASC-də müraciətlərin emalı prosesinin avtomatlaşdırılması istiqamətində müəyyən tədbirlər görülmüşdür. Belə ki, elektron xidmətlərin təşkili “AES.net” və “EMİOS” informasiya sistemləri üzərindən həyata keçirilir. Bununla yanaşı, cəmyyətin daxili idarəetmə proseslərinin elektronlaşdırılmasının təmin edilməsi məqsədilə elektron sənəd dövriyyəsi sistemi tətbiq edilmişdir. Habelə, "Azərişıq" ASC-nin  Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) məlumat mübadiləsi aləti olan “ASAN Bridge” sisteminə qoşulması təmin edilmişdir.

       "Azərişıq" ASC  tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına  inteqrasiyası, elektron platforma üzərindən online qəbulu və nəzarət sisteminin tətbiq edilməsi məqsədi ilə  aşağıdakı xidmətlər   elektron platformaya transfer edilmiş və hesabat dövründə icrası təmin edilmiş,  intranet şəbəkəsinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. HR (İnsan Resursları) proqram təminatının tətbiq edilməsi (əmək haqqının hesablanması   proqramlarının inteqrasiyası daxil olmaqla) və yaradılacaq vahid elektron platformaya inteqrasiyası işləri üzrə, hesabat dövründə texniki tapşırıq hazırlanmış, sistemin tətbiq edilməsi və  inteqrasiya olunması ilə bağlı işlər davam etdirilir.  Kommunal Xidmətlər Vahid İnformasiya Sistemində abonentin şəxsi kabinetinin təkmilləşdirilməsi, o cümlədən rəy, təklif və şikayətlərin qəbulu bölməsinin yaradılması (həmin bölmədə qeyri hökumət təşkilatları və hüquq müdafiəçiləri ilə işlərin təşkili) ilə bağlı “e-service.azerishiq.az” portalı yaradılmış, “e-gov.az” saytına yeni xidmətlər əlavə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin 2021-ci il üzrə elektron xidmətlərin təşkilinin və göstərilməsinin qiymətləndirməsinə dair Arayışında "Azərişıq" ASC-yə  təklif və tövsiyyə edilən tədbirlərdən 10 xidmətin elektron qaydada icra edilməsi, o cümlədən xidmətlərin vahid platformada, xidmətlərdən istifadə edərkən daxil edilmiş, lakin göndərilməmiş (təsdiqlənməmiş) məlumatların sonradan istifadəsi üçün yaddaşda saxlanılması imkanı,  xidmətlərin təşkili və göstərilməsi ilə bağlı istifadəçi məmnunluğunun ölçülməsi üçün sorğuların keçirilməsi, xidmətlər haqqında “Dövlət Xidmətlərinin Elektron Reyestri”ndə aktual və düzgün məlumatların təqdim edilməsi təmin edilmişdir.

        Xüsusilə qeyd olunmalıdır ki,  "Azərişıq" ASC  tərəfindən həyata keçirilən xidmətlər, o cümlədən    borcun olmaması barəsində sənədin verilməsi üzrə müraciətlərin onlayn icrası əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barəsində elektron müraciət, Elektrik Təchizatı Sistemlərinin Layihələndirilməsi İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi Köckün qrupuna aid abonentlərdən müarciətlərin qəbulu, yük hesabatının hesablanması xidmətləri elektronlaşdırılaraq ümumi siyahıya əlavə edilmişdir. Xidmətdən istifadə üçün abonentlər “e-gov.az” və ya  “e-service.azerishiq.az” portalı vasitəsilə müraciət edə  bilərlər.

“Çağrı mərkəzi”nin mövcud proqram təminatının təkmilləşdirilməsi və ölkə üzrə Kommunal xidmətlərlə bağlı yaradılacaq vahid Çağrı Mərkəzinə inteqrasiyası ilə əlaqədar lazımı bütün məlumatlar aidiyyəti üzrə təqdim olunmuşdur.

       GİS tətbiq etməklə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin kodlaşdırma platformasının təkmilləşdirilməsi, sona çatdırılması və yaradılacaq vahid elektron platformaya inteqrasiyası ilə bağlı işlər davam etdirilir. "Azərişıq" ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməklə davam etdirir. Bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan "Azərişıq" ASC-nin  xidmətlərindən yararlanmaq imkanlarını genişləndirilir.

"Azərişıq" ASC qarşısında duran mühüm vəzifələrdən biri daim yenilənən innovativ və texnoloji yeniliklərin aidiyyəti üzrə tətbiq edilməsidir. Vətəndaş məmnunluğunun və informasiya əlçatanlığının  artırılması  məqsədilə həyata keçirilən növbəti belə yenilik, SİMA yeni nəsil rəqəmsal imzanın “Azərişıq” ASC-nin sisteminə inteqrasiyasıdır.

            Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya “e-service.azerishiq.az” portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

           Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılmışdır.

           Tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.

           Əlavə məlumat əldə etmək üçün "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzi,  SİMA.az saytı və ya 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Əlavə məlumat əldə etmək üçün "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzi,  SİMA.az saytı və ya 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

           Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator, 5 komponent və 10 alt komponent üzrə 21 tədbir öz əksini tapmışdır. Bu tədbirlər əsasən elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə normativ hüquqi baza, kommunal xidmətlərin təhlükəsizliyi və təchizatın keyfiyyəti, tariflər və digər istiqamətləri əhatə edir. Nəzərdə tutulan tədbirlərin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində xidmətin keyfiyyətinə müsbət təsiri olacaq, eləcə də bu sahədə aparılan işlərin elektrik təchizatı şəbəkələrinə qoşulmanın düzgün və səmərəli təşkilinə təsiri müsbət effekt verəcək, həmçinin  kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılması və onlayn müraciət imkanlarının artırılmasına şərait yaradılacaqdır.

 

Enerji itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Itkilər, yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması yolunda mühüm bir addım Smart sayğacların quraşdırılması işinin sürətləndirilməsidir. Çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.

            Müasir texnologiyaların və innovativ metodların tətbiqi ilə əlaqədar olaraq, Cəmiyyət, “Azərenerji” ASC və müstəqil enerji  istehsalçılarından aldığı  enerjinin ölçülməsi  məqsədilə balans nöqtələrində müasir uçot cihazları olan  Luna KSM-50 tipli nəzarət sayğaclarının və AMR qurğularının quraşdırılması işinə başlamış və hazırda bu tədbirlər  davam  etdirilir. Eyni zamanda ağıllı şəbəkələrin qurulması istiqamətində  pilot layihə olaraq Nəsimi elektrik şəbəkəsində yarımstansiya və transformator məntəqələrində online balans sisteminin qurulması məqsədi ilə balans sayğaclarına modemlərin quraşdırılması işləri  aparılmışdır.

İtkilərin azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən  həyata keçirilən işlər, bu sahədə normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmış və  ilk növbədə tədbirlər  itkiləri yüksək olan əraziləri – şəbəkələri əhatə etmişdir. Bu məqsədlə  100  yaşayış məntəqəsi seçilmiş, 54 kənd üzrə işlər  tam yekunlaşmış, 46 kənddə bu istiqamətdə işlər davam etdirilməkdədir. Yenidənqurma işləri aparılan kəndlərdə 285 ədəd komplekt transformator məntəqəsi, 63 911 ədəd 10 və 0,4 kV-luq dayaq, 991,6 km ÖİN kabelləri quraşdırılmışdır. Ümumilikdə ölkə üzrə 793 ədəd Komplekt transformator məntəqəsi   quraşdırılmışdır. Yenidənqurma işləri nəticəsində  100 yaşayış məntəqəsini qidalandıran 10/6 Kv-luq çıxış xətlərində 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında enerji itkisi 20,6 mln. kVts azaldılmışdır.

         “Azərişıq” ASC tərəfindən elektrik enerjisi itkilərinin azldılması isitiqamətində ümumilikdə 2022-ci ildə 192.1 km 35 kV-luq, 246.5 km 10 kV-luq, 70 km  0.4 kV-luq kabel xətləri, 41.6 km 35 kV-luq  və 687.4  km 10 kV-luq, 2363.2 km 0.4 kV-luq hava xətləri,  , 21.6  km 10 kV-luq, 10.5  km 35 kV-luq İki dövrəli kabel xətləri, 138.7  km 35 kV-luq ÖİN  hava xətləri çəkilmiş, 203 882 ədəd olmaqla, o cümlədən əhali istehlakçılarına aid  195 802 ədəd, qeyri-əhali istehlakçılarına aid 35 080 ədəd uçot dəsti bərpa olunmuşdur.                    

 Görülən işlərin məntiqi nəticəsi olaraq  itkilər əvvəlki dövr ilə müqayisədə  2022-ci ilin yanvar-oktyabr hesabat aylarında  77,1 mln. kVts azaldılmışdır.

      Strateji Yol Xəritəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində kommunal sahədə fəaliyyət səmərəliliyinin və xidmət səviyyəsinin yüksəldilməsi, eyni zamanda, ölkənin enerji resurslarının ixrac potensialının artırılması, resurslardan qənaətlə istifadənin genişləndirilməsi, ətraf mühitə atılan zərərli maddələrin həcminin azaldılması ilə yanaşı, ölkənin əksər bölgələrində çoxsaylı yeni iş yerlərinin açılması imkanları yaranacaqdır.