BAKI ŞƏHƏRİNİN ELEKTRİK TƏCHİZATININ ETİBARLIĞI VƏ DAYANIQLIĞI BARƏDƏ HESABAT

Paytaxt Bakı şəhəri üzrə 2023-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,852 saat təşkil edib.

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,924 dəfə olub.

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 110 və 35 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90 faizindən artıq ərazisində yeraltı kabelləşmə işininn həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.

 

Paytaxt Bakı şəhəri üzrə 2022-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,818 saat təşkil edib.

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,924 dəfə olub.

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son 10 ildə Bakı şəhərini paylayıcı şəbəkəsində mövcud olan 33 ədəd 110 kV-luq yarımstansiyadan 25-nin tikilərək tam yenidən qurulması, 80 ədəd 35 kVluq yarımstansiyanın inşa edilməsidir ki, həmin yarımstansiyalardan son 4 ədədi bir il əvvəl istismara buraxılıb. Bununla yanaşı paytaxtın 90 faizində yeraltı kabelləşmə işininn həyata keçirilməsi və yaradılan dairəvi elektrik təchizat sxemlərinə qoşulması da Bakı şəhərinin elektrik təchizatının etibarlılığına və dayanıqlığına müsbət mənada təsir göstərib.