Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.


Əhmədov Vüqar Cəbrayıl oğlu

2020-ci il yanvarın 7-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.


Rzayev Baba Hüseynağa oğlu

2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib. 2015-2018 -ci illər ərzində “Azərişıq” ASC-nin sədri vəzifəsində çalışıb. Hazırda "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışır.


Rzayev İdris Cəlil oğlu

 Noyabr 2001-ci ildən-31 dekabr 2001-ci illər ərzində  “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.


Pirverdiyev Etibar Sinabəddin oğlu

İyun 2000-ci noyabr 2001-ci illər ərzində “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.


Ələsgərov Yusif

 1998-2000-ci illər ərzində  “Bakıelektrikşəbəkə” İstehasalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.


Abdullyaev İbrahim Hüseyn oğlu

1988-1998-ci illər ərzində “Bakıelektrikşəbəkə” İstehasalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.


İsayev Nəriman Agaxan oğlu

 1986-1988-ci illər ərzində “Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.


Əlizadə Müseyib Əli İsgəndər oğlu

 1953-1986-cı illər ərzində  “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.


Rüstəmov Surxay

1951-1953-cü illər ərzində “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.


Qədirov Heybət Həsən oğlu

1949-1951-ci illər ərzində “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.


Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu

 1944-1949-cu illər ərzində “Bakı Elektrik Şəbəkəsi”nin  direktoru vəzifəsində çalışıb.