Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişiq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib.
Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin, abonentlərimiz xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün https://www.azerishiq.az/ saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.
Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönləndirilir. İstehlakçı məmnuniyyətini əsas hədəf seçən Cəmiyyətimizə edilmiş hər bir müraciətə operativ reaksiya verilir.
Digər xəbərlər
- “Enerji Təchizatı Şəbəkəsinə Qoşulma” xidməti elektronlaşdırılmışdır. 04 Oktyabr 2024
- Sabunçuda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Dekabr 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024
- Elektrik enerjisinin haqqının vaxtında ödənilməsi sizin rahatlığınızın təminatıdır. 20 Noyabr 2024