![“Azərişıq” 62 kənddə yenidənqurma işlərini davam etdirir](/app/img/custom_news.png)
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Astara rayonunun Doli və Diqo kəndlərinin elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər bir ay başa çatdırılacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə verdiyi müsahibədə deyib.
Ölkə başçısının 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrıldığını xatırladan T.Mustafayev həmin kəndlərdən birinin - çətin relyefdə, ucqar dağlıq ərazidə yerləşən Sekaşan kəndinin elektrik enerjisi ilə təmin olunduğunu bildirib.
O, Astara rayonunun dağlıq ərazisində yerləşən digər iki yaşayış məntəqəsinin - Doli və Diqo kəndlərinin də yaxın vaxtlarda elektrik enerjisi ilə təmin olunacağını bildirib: “Məqsədimiz havalar soyuyanadək bütün abonentləri dayanaqlı elektrik enerjisi ilə təmin etməkdir”.
Payız-qış mövsümü ilə əlaqədar “Azərişıq “ASC-nin tabeliyində olan xidmət sahələrində hazırlıq işlərinə başlandığını qeyd edən T.Mustafayev 62 kənddə yenidənqurma işlərinin aparıldığını deyib.
Digər xəbərlər
- “Azərişıq” ASC paytaxtda və ətraf kənd, qəsəbələrdə yenidənqurma işlərini davam etdirir 12 İyun 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün görüşlər keçirilir. 04 İyun 2024
- Debitor borcların yığılması istiqamətində maarifləndirici tədbirlər 10 İyun 2024
- ASAN Xidmət mərkəzlərində “Azərişıq” ASC-nin müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. 03 İyun 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024