“Azərişıq” ASC Gədəbəydə keçirilən Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilir ki, iyulun 26-da ASC bu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərinin davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. Dayaqlar, 4 yeni komplekt transformator məntəqəsi (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdıracaq. Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minədək abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir.
“Azərişıq” Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb. Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün “Azərişıq” Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Digər xəbərlər
- Bülbülə qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisi verilişində fasilə yaranacaq 29 Noyabr 2024
- “Azərişıq” ASC Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir 27 Avqust 2024
- Sahibkarların elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir. 16 Fevral 2024
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024