
Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır.
Abşeron rayonu Məhəmmədi kəndində 1700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 2 ədəd 1600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb.
Bundan başqa 10 kV “Məhəmmədi-1”, 10 kV “Məhəmmədi -4” və “Məhəmmədi -5” hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xəttlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb.
Beləliklə 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa qəzaların sayı azalacaq, itkilərin həcmi minumuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək 11 Aprel 2025
- "Azərişıq" ASC Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib 06 Yanvar 2025
- “Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir 13 Mart 2025
- Xətai rayonunda təftiş-profilaktika tədbirləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Fevral 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Sabirabadda sahibkarlarla görüşüb 09 Aprel 2025