
Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin əsas prioritetlərindən biri işğaldan azad olunmuş rayonlarımızda elektrik şəbəkələrinin tikintisi və yenidənqurma işləridir. Tapşırıqlara əsasən Ağdamda bu gün də işlər sürətlə davam etdirilir. Şəhər mərkəzinin elektrik təchizatı üçün 35 kv-luq hər birinin gücü 4x2500 kVA olan iki ədəd transformator yarımstansiyasının tikintisi başa çatıb. Əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilişi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə 35 kV-luq elektrik xətlərinin çəkilişi isə yaxın müddət ərzində başlanacaq.
Qeyd edək ki, Ağdam şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli qoyulub, tikintisinə başlanılıb. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Təlim-Tədris Mərkəzində isə yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Cənab Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə işlərin gedişinə və elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib.
Digər xəbərlər
- “Azərişıq” ASC KOBİA-nın sahibkarlarla keçirdiyi görüşdə iştirak edib 16 May 2025
- Lənkəran və Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Aprel 2025
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. 18 Fevral 2025
- Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 May 2025
- “Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir 13 Mart 2025