Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir. Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının yenidən qurulması da bu inkişaf dinamikasına öz töhvəsini verməkdədir. Aparılan işlər “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olmaqla Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsinə yönəlib.
110 kV-luq I və II Beyləqan hava xətlərində aparılan səmərəli işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilmişdir. Aparılan işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan və Füzuli rayonlarının 140.000 nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
2017-ci ildə 35/10 kV-luq “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılmış, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilib. Yeni tikilən yarımstansiyanın dayanıqlı elektrik təchizatı üçün 110/35/10 kV-luq Ucar yarımstansiyasından 30 km məsafədə yeni ikidövrəli 35 kV-luq “Ucar-Zərdab” hava xətti tikilib istifadəyə verilib. Bundan sonra 35/6 kV-luq “Kür-Nasos” stansiyasının da normal iş rejimi bərpa edilmiş, minlərlə hektar ərazinin suvarılması təmin edilib.
İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilmiş, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq Rəsullu yarımstansiyası da yenidən qurulub. Yarımstansiyada gücü 4 MVA olan 1 ədəd transformator müasir tipli gücləri 6,3 MVA olan 2 ədəd transformatorlarla əvəz edilmiş, 35 və 10 kV-luq qapalı paylayıcı qurğu tikilərək müasir tipli elektrik avadanlıqları quraşdırılıb.
Görülmüş işlər əhalinin və kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların fasiləsiz və keyfiyyətli enerji təminatına səbəb olub. Yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə 330 kV-luq İmişli yarımstansiyasından 9,5 km məsafədə ikidövrəli hava elektrik veriliş xətti çəkilib. Yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq Muğan yarımstansiyası, ikinci dövrəsinə isə 35/6 kV-luq Çahar yarımstnasiyası qoşulub.
Hazırda əsasən sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq “Bəhrəmtəpə-1” yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri aparılır. İşlər başa çatdıqdan sonra ən çox sənaye müəssisələrinin yerləşdiyi Bəhrəmtəpə qəsəbəsində bu müəssisələr dayanıqlı elektrik təchizatı təmin ediləcəkdir.
Suvarma mövsümündə nasos qurğularının və digər istehlakçıların daha keyfiyyətli elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 35/10 kV-luq Qiyamadınlı yarımstansiyası yenidən qurulub. Yarımstansiyada 2 ədəd müasir tipli transformator quraşdırılıb, qapalı paylayıcı qurğu inşa edilib, digər müasir tipli avadanlıqlar quraşdırılıb. Görülən işlərdən sonra Hindarx ərazisində 9053 abonentin, o cümlədən ərazilərinin 90% suvarma nasosları ilə suvarılan əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin edilib.
Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasında 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilməklə yenidənqurma işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra Ağcabədi şəhər əhalisinin, eləcə də tikintisi nəzərdə tutulan aqrar-sənaye komplekslərinin artan tələbata uyğun dayanıqlı elektrik enerjisi təchizatı təmin ediləcək.
Rayon ərazisində 35/10 kV-luq “Qaradağlı” yarımstansiyası və yarımstansiyanı qidalandıran 35 kV hava elektrik veriliş xətti düşmən atəşinə tuş gəlmiş Hindarx-Ağdam magistral yolunun sol tərəfində, Əfətli kəndinin yaxınlığında 1 ədəd 35/10 kV-luq, transformatorlarının gücü 2 ədəd 6,3 MVA olan 35/10 kV-luq “Əfətli” yarımstansiyası inşa edilib. Görülən işlərdən sonra cəbhəboyu ərazidə əhalinin və əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin edilib.
Uzun müddət istismarda olan 7 ədəd 35/10-6 kV-luq yarımstansiya yenidən qurulmuş, müasir standartlara cavab verən elektrik avadanlıqları ilə təchiz edilmişdir. 2 ədəd yeni 35/10 kV-luq yarımstansiya inşa edilərək istifadəyə verilib. Xidməti ərazidə 2 ədəd istimar müddətini başa vurmuş 35-luq EVX, 16 ədəd 10 kV-luq EVX yenidən qurulmuş, 5 ədəd 35-luq xətdə, 12 ədəd 10 kV-luq xətdə əsaslı təmir işləri aparılıb.
Regionda aşağı gərginliklı paylayıcı şəbəkələrin Özünüdaşıyan İzolyasiyalı Naqillərlə yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. Ağcabədi rayonun 5, Beyləqan rayonun 6, Ağdam rayonunun 5, Füzuli rayonunun 7, Zərdab rayonunun 11, İmişli rayonunun 10 yaşayış məntəqəsində Cəbrayıl sahəsində yerləşən qəsəbələrdə ümumilikdə 41 kənd və qəsəbədə mövcud, həyətyanı sahələrdən keçən elektrik xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz edilib, uçot dəstləri kənara çıxarılıb.
Hazırda İmişli rayonu Hacırüstəmli kəndində, Füzuli rayonu Yağlıvənd, Ağdam rayonu Çıraqlı, Sarıcalı, Əhmədağalı kəndlərində, Ağcabədi rayonu Hüsülü, Avşar, Boyat kəndlərində, Şəhər ərazisində, Beyləqan rayonu I Şahsevən kəndində, Şəhər ərazisində işlər davam etdirilir, 15500 ədəd SMART sayğac quraşdırılmış, 24921 ədəd qüsurlu sayğac dəyişdirilib, ümumilikdə 44355 ədəd uçot dəsti bərpa edilib. Region üzrə 170 mln kVts elektrik enerjisinə qənaət edilmişdir.Əvvəllər itkilər 13,5% təşkil edirdisə, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi istiqamətində aparılan işlər nəticəsində hazırda itkilər 12%-dən aşağı düşüb.
Digər xəbərlər
- “Azərişıq” ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 07 Noyabr 2024
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- Sahibkarların elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir. 16 Fevral 2024
- “Azərişıq” ASC Hadrutda maarifləndirici tədbir keçirib 17 İyul 2024