“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.Toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.Toplantıda çıxış edən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov öncə son 5 il ərzində görülən quruculuq işlərindən danışıb. Sədr çıxışında xüsusi vurğulayıb ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir.
10 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - “Azərişıq” ASC yaradıldı. “Azərişıq” ASC-nin yaranması bir zərurət idi - bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək. Ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifə kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib etdilər - geniş miqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. İcrasına başlanılmış Proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu.Vüqar Əhmədov daha sonra bildirdi ki, regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov çıxışında bildirdi ki, bizim ən ümdə vəzifəmiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik.
Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıdı. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyyə və tapşırıqlarını verdi.
Digər məruzəçilər də görülən işlər haqda hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə etdilər.
Digər xəbərlər
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib. 20 Sentyabr 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Dubay Elektrik və Su İdarəsinin sədri Səid Məhəmməd Əl Təyyar ilə görüş keçirib. 15 Noyabr 2024