
Elektrik enerjisi itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsində xüsusi əhəmiyyət kəsb edir. İtkilərin azaldılması yolunda yeni və daha səmərəli transformatorlar məntəqələrinin quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi mühüm əhəmiyyət kəsb edir. İtkilərin azaldılması yolunda mühüm addımlardan biri də “smart” sayğacların quraşdırılmasıdır. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda kənar müdaxilələrin aşkarlanması asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərdən biri də Rəqəmsal şəbəkələrin foralaşdırılmasıdır. Rəqəmsal şəbəkə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqinə əsaslanır. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Eyni zamanda enerji itkilərinin azaldılması müasir texnologiyaların tətbiqinin təşviqi istiqamətində Səhmdar Cəmiyyət tərəfindən işlər davam etdirilir.
Digər xəbərlər
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Yanvar 2025
- Sulutəpə və Xocəsən qəsəbələrində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib 01 May 2025
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 99.60% nəticə əldə edərək öz rekordunu yeniləyib 24 Fevral 2025
- Yardımlıda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025