"Azərişıq" ASC-nin “Hadrut” qovşaq yarımstansiyası ərazisində yerləşən Təlim Tədris Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Məqsəd Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan inzibati vahidliklərdə çalışan əməkdaşların, eyni zamanda ərazidə məskunlaşan əhalinin mina təhlükəsizliyi və mülkü müdafiə sahəsində lazımi biliklər əldə etməsidir. Tədbirdə əvvəlcə, iştirakçılar mina və partlamamış hərbi sursatlar barədə videoçarxı izləyiblər.
"Azərişıq" ASC-nin Təlim Tədris Mərkəzinin, Mülkü Müdafiə qərargahının, Fövqəladə Hallar Nazirliyinin və Minatəmizləmə Agentliyinin nümayəndələri yeni işə qəbul olunmuş, təlim keçməmiş mütəxəsissləri və mülki əhalini məlumatlandırıblar. "Azad olunmuş ərazilərdə “Azərişıq” ASC-nin əməkdaşlarının və mülki əhalinin mina təhlükəsizliyi", “Sürpriz minalar və digər partlayıcı sürsatlar, eləcə də, yanğın zamanı davranış qaydaları” mövzusunda iştirakçılar maarifləndirilib.
"Təxirəsalınmaz İlk tibbi yardım" mövzusunda iştirakçılar maarifləndirilərkən yanğın zamanı yaralılara ilkin yardım və təxliyə qaydaları əyani şəkildə nümayiş etdirilib. “Mülki müdafiə sahəsində pilotsuz uçuş aparatlarının tətbiqi və PUA-nın təsnifatı” ilə bağlı da məlumatlar verilib.
Tədbirin ikinci hissəsi isə maraqlı təlimlə yadda qalıb. Təlim-Məşq Poliqonunda təlim məqsədilə quraşdırılan transfomatorda çıxan şərti yanğın zamanı yaralanan əməkdaş xilas edilərək ərazidən təxliyə olunub. Həmçinin, yanğının qarşısı alınıb.
Qeyd edək ki, "Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndləri “Azərişıq” ASC-nin Qarabağda gördüyü işlərlə tanış olub 17 Yanvar 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 04 Fevral 2025
- Ağıllı (smart) sayğacların tətbiqi elektrik enerjisi itkilərinin azaldılması istiqamətində mühüm addımlardan biridir 27 Fevral 2025
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2025-ci ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 07 Aprel 2025
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 13 Fevral 2025