
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən havanın 8-11 fevral tarixində təzadlı dəyişəcəyi, fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlayacağı ilə bağlı yayılan məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda, həmçinin, güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzinin əməkdaşlarının sayının artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildirir ki, havanın küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.
Digər xəbərlər
- “Azərişıq” ASC yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirib 12 Fevral 2025
- Yardımlıda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 17 Aprel 2025
- Qarabağda keçirilən elektroenergetika sahəsində "Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları başa çatıb 23 May 2025