
Son günlər hava şəraitinin kəskin pisləşməsi nəticəsində digər dağlıq bölgələrdə olduğu kimi Lerik rayonunda da qar yağıb. Hər dəfə olduğu kimi bu dəfə də “Azərişıq” ASC kəskin hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində işləyir. Lerikdə çəkilmiş kadrlardan da göründüyü kimi, ölkənin elektrik təchizatı əməkdaşları çovğuna, qara, güclü küləyə və ya leysan yağışlarına baxmayaraq abonentləri elektrik enerjisi ilə fasiləsiz təmin etmək, hava şəraitinə görə yaranan qəzaları operativ aradan qaldırmaq üçün fədakarcasına xidmət edir.
Kadrlardan göründüyü kimi yağan qar hava xətlərinin üzərində toplanıb, nəticədə bəzi yerlərdə elektrik xətləri qırılıb. Şəbəkədə son illərdə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri görülsə də belə qəzaları tam istisna etmək də mümkün deyil, güclü qar, külək belə qəzaları qaçılmaz edir.
Lakin “Azərişıq” ASC-nin əməkdaşları hava şəraitinin yaxşılaşmasını gözləmədən baş vermiş qəzaları operativ aradan qaldırırlar. Çünki regional elektrik təchizatı və satışı şəbəkəsində gücləndirilmiş iş rejimi ilə bağlı əməkdaşlar səfərbər olunub. Əməkdaşlar isə gecə-gündüz, hava şəraitinə baxmayaraq belə qəzaları mümkün qədər tez aradan qaldırmağa hazırdır.
Digər xəbərlər
- Biləcəri ETSİ-də 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Yanvar 2025
- Lənkəran və Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Aprel 2025
- “Azərişıq” ASC Qubada sahibkarlarla görüş keçirib 18 Yanvar 2025
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 07 Mart 2025
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. 18 Fevral 2025