30 illik işğal dövründə ermənilər qərəzli və xüsusi nifrətlə tarixi torpaqlarımızda bütün mövcud infrastrukturla yanaşı elektrik şəbəkələrini də tamamilə məhv etmişdi. 44 günlük zəfər yürüşündə azadlığına qovuşan rayonlarda Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC-nin əməkdaşları qəhrəman ordumuzun ardınca irəliləyərək bərpa və yenidənqurma işlərini həyata keçirdi. Məqsəd işıqlı gələcəyi qarşıda olan azad vətən torpağında azad Azərbaycan işığını yandırmaq idi.
Belə rayonlarımızdan biri də uca dağları, əsrarəngiz təbiəti ilə göz oxşayan Laçındır. Bu gün Laçın şəhərində məskunlaşan vətəndaşlarımız fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Ümumilikdə rayon mərkəzi ilə yanaşı ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.
110/35/10 kv-luq Laçın Yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.
Digər xəbərlər
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- Sahibkarların elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir. 16 Fevral 2024
- Şağan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq 07 Noyabr 2024
- Elektrik enerjisi üzrə debitor borcların azaldılması üçün müasir texnologiyalardan istifadə edilir. 16 Sentyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024