05-10 noyabr 2022-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində Birləşmiş Krallığın nüfuzlu və peşəkar mühasib təşkilatı – Setrifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICB/ICFM Global) ənənəvi sammiti keçirilmişdir. Tədbirdə Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasib təşkilatlarının və aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, mühasib və maliyyə menecerləri iştirak etmişdir.
Səfər ərzində ölkəmiz üçün əlamətdar və tarixi gün olan Zəfər günündə nümayəndə heyəti Böyük Britaniyanın parlamentində Lord Palatasının üzvü John Randal ilə, ACCA (Sertifikatlı Mühasiblər Assosiasiyası) nümayəndələri, Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun rəhbər şəxsləri, Ukrayna və Gürcüstan Respublikalarının aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışdır.
Azərbaycanı təmsil edən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiyasiyasının (APFM) korporativ üzvü olan Azərişıq ASC-nin nümayəndələri sammit çərçivəsində bir sıra nominasiyalar üzrə mükafatlarla təltif olunmuşdurlar.
Azərişıq ASC-nin Maliyyə Departamentinin direktoru Namiq Orucov “İlin maliyyə direktoru” və “Maliyyə sahəsinin inkişafına görə”, Layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov “Dövlət satınalmalarında maliyyənin idarə olunması”, MHBS Hesabatların hazırlanması bölməsinin rəhbəri Rauf Rzayev “İlin təlimçisi”, Azərişıq ASC isə “İlin şirkəti” nominasiyaları üzrə “Luca” mükafatına layiq görülmüşdür.
“Luca” mükafatı XV əsrdə yaşamış, ikili yazılış sisteminin əsasını qoyan və mühasibat elminin banisi hesab olunan İtaliya riyaziyyatçısı Fra Luka Bartolomeo de Paçolinin şərəfinə təsis olunmuşdur və mühasibatlığın “Oskar”ı hesab olunur.
Setrifikatlı Maliyyə Menecerləri İnstitutu (ICB/ICFM Global) ənənəvi olaraq hər il Avropanın və MDB-nin nüfuzlu təşkilatlarını və maliyyə sahəsində fəaliyyət göstərən mütəxəssisləri “Luca” mükafatı ilə təltif edir.
Digər xəbərlər
- “Azərişıq” ASC Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir 27 Avqust 2024
- “Azərişıq” ASC peşəkar kadrların hazırlanması üçün təlim kursları təşkil edib 24 Oktyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Oğuzda vətəndaşları qəbul edib. 05 İyul 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar hazırlanaraq “Azərişıq” ASC-nin rəsmi səhifəsində yerləşdirilmişdir. 20 Fevral 2024
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024