"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da saat 10:00-da Hacıqabul şəhərində Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Hacıqabul Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Digər xəbərlər
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir. 19 Fevral 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024
- İstehlakçıların maarifləndirilməsi məqsədilə elektrik enerjisi təchizatı sahəsini, onun funksiya və xüsusiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası” (Handbook) hazırlanmışdır. 15 İyul 2024