Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dekabrın 11-ində Lənkəranda Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Sakinlər görülən işlərlə bağlı cənab prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 99.60% nəticə əldə edərək öz rekordunu yeniləyib 24 Fevral 2025
- Sulutəpə və Xocəsən qəsəbələrində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Zərdabda vətəndaşları qəbul edib 14 Mart 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Sabirabadda sahibkarlarla görüşüb 09 Aprel 2025
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2025