Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də saat 10:00-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib. 27 Fevral 2024
- “Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir. 20 İyun 2024
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinin ödəniş məbləğlərinin tənzimlənməsi məqsədilə Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qərar bu sahədə şəffaflığın artırılmasına xidmət edir. 23 Sentyabr 2024
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024