Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.
Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün “Azərişıq” ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Səhmdar Cəmiyyət bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Həmçinin “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.
Bəzi hallarda isə yağışla müşaiyət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir.
İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
Digər xəbərlər
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Mart 2025
- Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Fevral 2025
- Məsafədən dispetçer idarəetmə və məlumatların toplanması sistemi (SCADA), elektrik şəbəkəsində tətbiq olunan innovativ texnologiya olmaqla itkilərin azaldılmasında mühüm rol oynayır. 14 Mart 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Naftalanda sahibkarlarla görüş keçirib 07 Mart 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2025