“Azərişıq” ASC istehlakçıların rahatlığı üçün müntəzəm texnoloji yeniliklər və innovasiyalar tətbiq edir. Bu yeniliklər ölkə prezidentinin “Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Fərmanına əsasən həyata keçirilir.Artıq mobilləşən həyat və insanların vaxta qənaət etməsi baxımından da bu proses çox aktualdır. Belə ki, insanlar evlərini, iş yerlərini tərk etmədən hətta istirahətdə olduqları hər hansı ucqar bir məkandan belə mobil tətbiq vasitəsilə ödənişlər həyata keçirə bilərlər. Bu işdə Cəmiyyət tərəfindən təklif olunan iOS və Android Store-lar üzərindən mobil tətbiq kömək edir. Mobil tətbiq vasitəsilə istifadəçilər rahat şəkildə bir neçə işi görə bilərlər:
– Elektrik enerjisi sərfiyyatlarını görə;
– Elektrik enerjisinə görə aylıq fakturaları izləyə;
– Elektron müraciət edə;
– Elektrik enerjisi borcunu online ödəyə;
– Smart sayğac istifadəçilərinin online balanslarını öyrənə;
– Smart sayğacının balansını artıra bilərlər.
Həmçinin tətbiqlərlə elektrik enerjisi borcunu Plastik kart vasitəi ilə onlayn ödəmək imkanı mövcuddur.
Mobil telefon istifadəçiləri “Azərişığ”ın bu mobil tətbiqini “Play market” və ya “Play store”dan “Azərişıq” yazaraq yükləyə bilərlər.
İşıq, qaz və su borclarını telefon vasitəsilə öyrənmək və balansı artırmaq beynəlxalq təcrübədə də var. “Azərişıq”da da bunun tətbiq olunması yaxşı haldır. Cəmiyyət bundan sonra da digər xidmətləri elektronlaşdıraraq abonentlərin istifadəsinə verilməsi ilə bağlı işlər aparacaqdır.
Digər xəbərlər
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar 25 İyul 2024
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları. 06 İyun 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024