
Samux rayonunun 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq regionlarda yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC bu dəfə Samuxun Qədili, Seyidlər və Sarıqamış kəndlərində işlərə başlayıb.
İstismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 KTM quraşdırlıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.
Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən “Azərişıq” ASC Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələrini yenidən qurur. Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.
Hədəf adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununlada itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- Binəqədi kəndində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 May 2025
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025
- Lənkəran və Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Aprel 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 İyul 2025
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 26 Fevral 2025