“Azərişıq” ilk dəfə Şuşanın rəqəmsal əkizini (Digital twinning) yaradıb.
Bunu “APA-Economics”ə “Azərişıq” ASC sədrinin innovasiyalar üzrə və 3D mobil xəritələr üzrə məsləhətçisi Elşən Musayev deyib.
Onun sözlərinə görə, artıq “3D mobil xəritə” ilə Zaqatala, Qəbələ, Gəncə, Quba, Xaçmaz, Xırdalanın rəqəmsal əkizi yaradılıb. Proqram növbəti dəfə Şuşada tətbiq edilib.
O bildirib ki, “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq”da tətbiq edilib və layihələndirmə, tikinti, təmir-bərpa işləri ilə məşğul olan təşkilat, qurum və şirkətlərin də işini asanlaşdıra bilər: “Digər kommunal strukturlar və şirkətlər də “Azərişıq”ın “3D mobil xəritə”sindən istifadə edə biləcək. Əsas vacib olan məsələ odur ki, texnologiya tətbiq olunur, data var və bundan istifadə mütləq lazımdır. Şuşaya və digər başqa bir şəhərə getməyə ehtiyac olmayacaq. Biz bunun üzərinə APİ və digər statistik məlumatları açsaq, istənilən investora təklif edə bilərik”.
Elşən Musayev bildirib ki, “3D mobil xəritə”dən istifadə layihələndirmə işlərini icra edən şirkət və təşkilatların xərclərini azalda və şəffaflaşdıra, nəzarət sistemini daha da asanlaşdıra bilər: “Prezident İlham Əliyev Zəngilanın pasportlaşdırılmasından danışırdı. Biz bu layihə ilə bütün infrastrukturu pasportlaşdırırıq. Biz hər obyektin hansı kordinatda olduğunu görə bilirik. Burada lokal kadrlardan istifadə olunur. Bundan əvvəl heç bir xarici xəritə proqramları Azərbaycanın dəqiq xəritəsini çəkmədiyi üçün “3D mobil xəritə” bu sahədə öz üstünlüyünü qoruyur”.
Xərclərin optimallaşdırılmasına gəlincə, Elşən Musayev bildirib ki, serverdə olan data terabaytlarla ölçülür və bu xidmətdən yararlanmaq istəyən hər quruma əlavə server almağa ehtiyac yoxdur: “Biz servərə girişə icazə verə bilərik və bu halda xərclər azalır. Bildiyimizə görə, 200 terabaytlıq serverlə bağlı xərclər 500 min dollara yaxındır. Əgər bu server birində varsa artıq, ikincinin almasına ehtiyac olmayacaq. Bu halda artıq qiymət aşağı düşür”.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024
- “Azərişıq” ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 07 Noyabr 2024
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq 01 Noyabr 2024
- Sabunçuda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Dekabr 2024
- Sahibkarlıq subyektlərinin ETŞ –yə qoşulması proseduru sadələşdirilir. 14 Mart 2024