Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu olmaqla 8 kəndində işlər başa çatdırılıb.
Kəndlərdə istismar müddətini başa vurmuş 0.4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Hazırda Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan olmaqla 3 kənddə yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.
Yenidənqurma işləri çərçivəsində 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Kəndin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. 0.4 və 10 kV-luq dayaqlar basdırılıb, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.
“Azərişıq” ASC-nin əsas hədəfi vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir. Bu hədəfə nail olmaq üçün Şərqi Zəngəzur və Qarabağ da daxil olmaqla ölkənin bütün regionlarında yenidənqurma və əsaslı təmir-bərpa işləri davam etdirilir.
Digər xəbərlər
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti 26 Noyabr 2024
- Sahibkarların elektrik enerjisi təchizatına qoşulma proseduru sadələşdirilir 02 Avqust 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. 01 Mart 2024