Rayonlarda yeni yarımstansiyalar tikilir, transformatorlar və hava xətləri dəyişdirilir
“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir. Daha dəqiqi Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda görülməkdədir.
Belə ki, 2018-ci ilin arxada qalan ayları ərzində Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadlı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənir.
Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansidan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kV –luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər qurlaşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasıın yenidənqurulma prosesi gedir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni KTM -lər quraşdırılır.
Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.
Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV –luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.
Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır.
Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.
Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində KTM-lər qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.
Digər xəbərlər
- Yeni Elektrik Şəbəkəsinə Qoşulma Qaydalarının Tətbiqi, Tariflər və Elektron Müraciət İmkanları 24 Sentyabr 2024
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024
- Səhmdar Cəmiyyət Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış təqdim edir 30 İyul 2024
- “Azərişiq” ASC Salyanda sahibkarlarla görüş keçirib 29 Oktyabr 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024