
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra rayonlarda təmir işləri ilə əlaqədar dekabrın 27-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Cəlilabad EŞ-də Göytəpə şəhər inzibati ərazi dairəsi, Muğan, Agdaş, Privolnoye, Komanlı kəndləri, saat 10:00-dan saat 11:00-dək Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 1-ci və 2-ci mikrorayonlarda, Kiçik bazar, Raypo, Səttərxan, Azad Mirzəyev, Hənifə Abdullayev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 11 Fevral 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2025
- Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Fevral 2025
- Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Mart 2025
- Xətai rayonunda təftiş-profilaktika tədbirləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Fevral 2025