Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın təmin edilməsi, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılması, istehlakçıların  etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, istehlakçılara keyfiyyətli xidmətin göstərilməsi, elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə  qoşulmasının şəffaf və ayri-seçkiliyə yol verilmədən həyata keçirilmənin təmin edilməsi məsələsi ölkə rəhbərliyinin daima diqqət mərkəzindədir.  


“Azərişıq” ASC göstərilən xidmətlərin istehlakçlara əlçatan olması, operativliyin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir və bu işlər 2025-ci ildə də davam etdiriləcəkdir..

Göstərilən xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə qoşulmasının (ETŞ) təmin edilməsidir. Bu baxımdan Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” bölməsi ilə yanaşı “Elektron işıq portalı” bölməsi də yaradılmışdır. Həmin bölmələrdə,  ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları,  müraciətlərin (şikayət və təkliflər) icra  mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə  məlumatlar öz əksini tapır.


Ayrı-ayrı istehlakçı kateqoriyalarına aid  tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında əvvəlki qaydalarda fərqli yanaşma tətbiq edilirdi. Lakin, “Elektroenergertika haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişilikliyə  uyğun  olaraq  yeni “Qayda”larda  aşağı gərginlikli (0.4 kV-luq) şəbəkələrdən qoşulma zamanı texniki  şərtlərin verilməsi tikinti obyektlərinin təlabat gücü artırılaraq 150 kVt-dan 200 kVt-a çatdırılmışdır. Yeni qaydaların tətbiqi ilə məişət abonentləri və sahibkarlara məxsus  tikinti obyektlərinin enerji təchizatı (1 fazlı təchizat sxemi üzrə) şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq ediləcəkdir. Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki  şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başlayırdısa yeni qaydalara əsasən tələbat gücü 1 kVt-dan başlaya bilər və buna uyğun olaraq ödəniş məbləği azalmış olur.


Sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılmışdır. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-70% azalır.


“Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə etməklə əraziyə getmədən məkanın seçilməsi, ölçmələrin aparılması, enerji təchizatı müəssisəsinə məxsus güc mərkəzinin texniki parametrlərinin təhlil edilməsi, sənədləşmə işinin tamamlanması prosesləri həyata keçirilir ki, bu da öz növbəsində şəbəkəyə qoşulma işini xeyli sadələşdirir.