
Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən mühüm prioritet hədəflərdən biri abonentlər tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsinin təmin edilməsidir. Eyni zamanda Səhmdar Cəmiyyətin maliyyələşmə mənbəyi kimi bu ödənişlərdə gecikmələr nəticəsində ötən dövrdən yığılmış debitor borcların istehlakçılar tərəfindən ödəliməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən enerji istehsalçılarından topdan alınmış elektrik enerjisinin dəyərinin öhdəlik tələbləri çərçivəsində ödənilməsində, paylayıcı qurğu və avadanlıqların normal istismarının saxlanılmasında, onlara texniki xidmətin vaxtında göstərilməsində, həmçinin işçi personalın əmək haqlarının ödənişinin təmin edilməsində vacib əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, abonentlərin istehlak etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi istiqamətində maarifləndirməsi məqsədilə, Səhmdar Cəmiyyətin struktur bölmələrinin əməkdaşları tərəfindən müntəzəm olaraq tədbirlər həyata keçirilir. Abonentlərə təqdim olunan bildiriş xəbərdarlıqlarda istehlak edilən elektrik enerjisinin dəyərinin ödənilməsi diqqətlərinə çatdırılır və qanunla müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.
Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən nəzərdə tutulmuş müddətdə elektrik enerjisinin dəyərinin ödənilmədiyi təqdirdə Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən tədbirlər həyata keçirilir.
Digər xəbərlər
- Biləcəri qəsəbəsində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 İyun 2025
- Buzovnada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 İyun 2025
- Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq 14 Yanvar 2025
- Xətai rayonunda təftiş-profilaktika tədbirləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Fevral 2025
- Sulutəpə və Xocəsən qəsəbələrində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025