Ağıllı elektrik sayğacı, elektrik enerjisi istehlakını məsafədən ölçməklə onun göstəricilərini istehlakçıya və enerji satış şəbəkəsinə ötürən avtomatlaşdırılmış cihazdır. O, istehlakçılara enerji sərfiyyatına dəqiqliklə nəzarət etməyə imkan verir və enerji təchizatı şəbəkəsinin uçot sisteminin dəqiqliyini təmin edir.
Ağıllı sayğaclardan həm əhali, həm də sahibkarlıq subyektləri istifadə edə bilərlər. Ağıllı sayğaclar həm bir fazalı, həm də üç fazalı elektrik şəbəkələrində işləyə bilərlər.
Onlar, şəbəkə nasazlıqlarını və parametr sapmalarını qeyd edə, borclu şəxsin elektrik enerjisini dayandıra və istehlak haqqında ətraflı məlumat toplaya bilərlər. Bu funksionallıq sayəsində istehlakçılar sərf olunan elektrik enerjisinin miqdarını təhlil edə bilərlər.
Ağıllı sayğaclar enerji təchizatı operatorlarına yarımstansiyada və transformator məntəqələrində yaranan problemlərin operativ həlli üçün vacib olan nasazlıqlar, parametrlərdən kənara çıxmaları ötürmək, borclu ödəyicilərin elektrik enerjisini dayandırmaq funksiyasına malikdir . Ağıllı sayğaclar elektrik enerjisi istehlakçılarına verilən enerji resursunun həcmini və keyfiyyətini ətraflı təhlil etməyə imkan verir.
Ağıllı elektrik sayğacları bir sıra üstünlüklərə malikdir:
• Elektrik istehlakı göstəricilərini əl ilə ötürməyə ehtiyac yoxdur.
• Ağıllı sayğac abonentləri məsafədən qoşmaq və ayırmaq, bir neçə tarifi dəstəkləmək, xətdə yaranan problemlərin diaqnostikası və elektrik ustasına zəng etmək zərurəti barədə bildiriş göndərmək kimi bir neçə funksiyanı eyni anda yerinə yetirmək qabiliyyətinə malikdir.
Ağıllı sayğaclar aylıq elektrik enerjisi istehlakını 30%-ə qədər azalda bilər.
Beləliklə, ağıllı sayğacların mühüm üstünlüklərindən biri şəbəkədə elektrik enerjisi itkilərinin azaldılmasıdır.Bu sayğacların hesabatları dəqiqlik dərəcəsinə görə seçildiyi üçün elektrik enerjisi itkilərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər
- İstehlakçıların maarifləndirilməsi məqsədilə elektrik enerjisi təchizatı sahəsini, onun funksiya və xüsusiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası” (Handbook) hazırlanmışdır. 15 İyul 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024
- İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. 01 Mart 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024