Debitor borcların azaldılması istiqamətində Cəmiyyət tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də rəqəmsal şəbəkədə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqidir. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Müasir texnologiyaların paylayıcı şəbəkəyə tətbiqi debitor borcların azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müasir texnologiyaların tətbiqi kimi sms-smart tipli sayğacların quraşdırılması işinin sürətləndirilməsi debitor borcların azaldılması üçün atılan mühüm bir addımdır. Bu sayğacların tətbiqi vasitəsilə sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Ən başlıcası isə istehlakçı karta yüklədiyi vəsait miqdarında elektrik enerjisi alır və əgər onun borcu mövcuddursa, vəsaitin bir hissəsi həmin borcun ödənilməsinə yönəlir.
Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların daha müasir sayğaclarla əvəz edilməsi, quraşdırılan sayğaclar arasında rəqəmsal – smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların azaldılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.
Smart sayğacların üstünlükləri barədə Cəmiyyət tərəfindən istehlakçılar arasında müntəzəm olaraq maarifləndirmə işləri aparılır, onlara bu barədə ətraflı məlumatlar verilir.
Müasir texnologiyaların və innovativ metodların tətbiqi istiqamətində Cəmiyyət tərəfindən ardıcıl işlərin davam etdirilməsi gələcək dövrlər üçün debitor borcların minimuma endirilməsinə şərait yaradacaq və şəbəkənin inkişafına müsbət təkan vermiş olacaqdır.
Digər xəbərlər
- Enerji təchizatı şəbəkəsinə (ETŞ-yə) qoşulma ilə bağlı tez-tez verilən suallar. 18 Sentyabr 2024
- Sabunçu rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 22 Noyabr 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 20 Oktyabr 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024