Ölkədə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər görülür.
Bu baxımdan beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə daha asan qoşulması istiqamətində də mühüm işlər görülür. Həyata keçirilən təbirlər nəticəsində məmur-vətəndaş təmasının aradan qaldırılmasına baş verən proseslərin şəffaf icrasına zəmin yaradır.
“Elektrik enerjisi təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması, habelə bu sahədə istehlakçı hüquqlarının qorunması ilə əlaqədar daxili qaydalar”, Cəmiyyətin rəsmi internet səhifəsində ictimaiyyətə çatdırılmaq məqsədilə yerləşdirilmişdir. (https://www.azerishiq.az/upload/files/jurnal/daxili_qaydalar.pdf)
“Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar” elektrik enerjisı təchizatı sahəsində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə, Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. İstehlakçılarla enerji təchizatı şəbəkəsi arasında hüquqi münasibətlər, müvafiq sahədə normativ–hüquqi aktların tələblərinə, həmçinin iki tərəf arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən tənzimlənir.İstehlakçıların müraciətləri "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun və digər qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq baxılır.
İstehlakçılar sosial şəbəkələr vasitəsilə, azerishiq.az saytı üzərindən, “199 Çağrı mərkəzi”nə zəng etməklə, habelə müraciətlərini yazılı şəkildə Cəmiyyətin elektron poçt (info@azerishiq.az) ünvanına göndərməklə, “Müştəri xidmətləri idarəsi”nə yazılı şəkildə müraciət edə bilərlər.
Digər xəbərlər
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti 26 Noyabr 2024
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirir 26 İyul 2024
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024