
“Azərişıq” ASC-nin Elektrik təchizatı şəbəkəsinə (bundan sonra “ETŞ”) qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını əhatə edir.
Kommunikasiya üzrə əsas məqsədlər sahibkarlıq subyektlərinin ETŞ-yə qoşulması ilə bağlı məlumatlılıq və məmnunluq səviyyəsinin artırılması yolu ilə Azərbaycan Respublikasında biznes mühitinin təkmilləşdirilməsi və onun beynəlxalq biznes reytinqlərində mövqeyinin irəli çəkilməsidir.
Cəmiyyətin kommunikasiya fəaliyyəti üzrə spesifik məqsədləri aşağıdakılardır:
ETŞ-yə qoşulma üzrə elektron xidmətlərin sayının artırılması;
ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin sayının əhəmiyyətli şəkildə artırılması;
ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və prosesin sadəliyi ilə bağlı onların məlumatlandırılması;
ETŞ-yə qoşulma üzrə müddətin azaldılması;
ETŞ-yə qoşulma prosesi zamanı sahibkarlarla fiziki ünsiyyətlərin minimuma endirilməsi və şəffaflığın artırılması;
Səhmdar Cəmiyyətin ümumi ictimaiyyətdə müsbət imicinin formalaşdırılması;
Aidiyyəti maraqlı tərəflərdən Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı rəylərin toplanması və məmnunluq səviyyəsinin aydınlaşdırılması;
ETŞ-yə qoşulma ilə bağlı aidiyyəti maraqlı tərəflərin aydın şəkildə müəyyənləşdirilməsi və onların qruplaşdırılması.
Digər xəbərlər
- Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Fevral 2025
- “Azərişıq” ASC yaranmış debitor borcların yığılması ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2025-ci ildə də davam etdirəcəkdir 10 Yanvar 2025
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 27 Yanvar 2025
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 04 Mart 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Naftalanda sahibkarlarla görüş keçirib 07 Mart 2025