“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətində istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsini həmişə rəhbər tutur.Enerji təchizatı sahəsində istehlakçıların hüquqlarının qorunması, elektrik enerjisinin əlçatanlığının təmin edilməsi istiqamətində Cəmiyyət müntəzəm işlər həyata keçirir.
Bu məqsədlə elektrik enerjisi təchizatının, onun funksiyalarının, habelə əsas xüsusiyyətlərinin istehlakçılara aydın təsvir edilməsi məqsədilə “Elektron Məlumat Kitabçası” (Handbook) hazırlanmış, Energetika Nazirliyinin və “Azərişıq” ASC-nin rəsmi saytında yerləşdirilmişdir.(Link əlavə olunur: https://azerishiq.az/upload/files/jurnal/Elektron_kitab.pdf)
Cəmiyyətin əsas prioritetlərindən biri hesab edilən istehlakçıların müraciətlərinin, o cümlədən enerji təchizatı ilə bağlı yaranan məsələlərin operativ və tez bir zamanda həll edilməsi, məmur abonent təmasının aradan qaldırılması, şəffaflığın artırılması məqsədilə hazırlanan bu kitabça üç bölmədən ibarətdir və istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanmışdır :
1. Elektrik enerjisi təchizatının təsviri
2. Elektrik enerjisi təchizatının funksiyalarının təsviri
3. Elektrik enerjisi təchizatının əsas xüsusiyyətləri(şəffaflıq,müstəqillik)
Kitabçada elektrik enerjisi təchizatı ilə bağlı istehlakçıları maraqlandıran əsas məqamlar şərh olunmuş, həmçinin istinad linkləri qoyulmuşdur.Elektrik enerjisi təchizatının şəffaf və operativ şəkildə icrası üçün bu sahədə mövcud olan qanunvericilik və prosedurlar barədə məlumatlar verilmişdir.
Elektrik enerjisi təchizatı sektoru energetika sahəsinin digər sektorları ilə, habelə iqtisadiyyatın digər sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.Bu baxımdan sözügedən kitabçanın sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçılar üçün də əhəmiyyəti böyükdür.
Digər xəbərlər
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti 26 Noyabr 2024
- “Azərişıq” ASC öz fəaliyyətində prioritetlərdən sayılan elektron xidmətlərin sayını artırır. 30 Yanvar 2024
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir. 19 Fevral 2024
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- Sahibkarların elektrik enerjisi təchizatına qoşulma proseduru sadələşdirilir 02 Avqust 2024