7 dekabr Bakı Biznes Mərkəzində “Azərişıq” ASC-nin 2023-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə açan “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov iştirakçıları salamlayaraq, tədbir haqda məlumat verdi. Bildirildi ki, sənədin məqsədi, ölkənin artan enerji tələbatına və sosial ehtiyaclarına cavab verən strateji planının əsasında növbəti dövrlərdə işlərin icrasıdır. Eyni zamanda, bu sənəd, enerji təchizatı sistemi üzrə etibarlılığının artırılmasına, elektrik enerjisi itkilərinin azadılmasına, müasir idarəçilik üzrə alətlərin təkminləşdirilməsinə xidmət edəcəkdir. Sonra R.Yusifov sözü beynəlxalq məsləhətçi şirkətin eksperti Helmut Sandmana verdi.
H. Sandman Strateji İnkişaf Planına Liberal Bazar Modeli, Elektrik enerjisinə tələbata və itkilərin azaldılmasına dair qiymətləndirmələr və proqnozlar, enerji itkiləri, yenidənqurma və investisiya tələbləri, CO2 (Karbon-dioksid) emissiyasının azaldıması və enerji səmərəliliyinin təşviqi, maliyyə resurslarının mobilizasiyası və maliyyələşdirmə strategiyası, iqtisadi-maliyyə qiymətləndirməsi və tarif/marja təsirləri, rəqəmsallaşdırılma və müasirləşdirilmə, kadr potensialının inkişaf strategiyası və fəaliyyət planı daxil edildiyi haqda ətraflı məlumat verdi.
“Azərişıq” Strateji İnkişaf Planında (ASİP) istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün paylayıcı şəbəkə infrastrukturlarının tamamilə yenidənqurulmasının tələb olunduğu yerlərdə innovativ sistemlərin qurulması, müasir texnoloji həllər və yaşıl enerji texnologiyalarının tətbiqinin daha məqsədəuyğun olması qeyd olunur.
Tədbir müxtəlif qurum və şirkətlərin nümayəndələrini maraqlandıran sualların müzakirəsi ilə başa çatıb.
Digər xəbərlər
- Abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam yığımı, eləcə də debitor borcların ödənişinin təmin olunaraq azaldılması əsas hədəflərimizdəndir. 22 Oktyabr 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması “Azərişıq” ASC–nin prioritet istiqamətlərindən biridir. 09 Sentyabr 2024
- Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır 11 İyun 2024
- Müasir tələblərə cavab verən elektroenergetiklərin hazırlanması “Azərişıq” ASC-nin ümdə vəzifələrindəndir 06 Avqust 2024