Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanılıb. Belə ki, “AzəEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.
Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib. 15 Mart 2024
- “Azərişıq” ASC Samuxda yenidənqurma işlərini davam etdirir. 18 Mart 2024
- “Azərişiq” ASC Xaçmazda sahibkarlarla görüş keçirib. 04 Aprel 2024
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024
- "Azərişıq” ASC Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış (məlumat) təqdim edir. 29 Yanvar 2024