Elektrik enerjisi itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İtkilər, yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması istiqamətində mühüm bir addım Smart(ağıllı) sayğacların quraşdırılması işinin sürətləndirilməsidir, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərdən biri də Smart(ağıllı) şəbəkə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqinə əsaslanır. Smart(ağıllı) şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Bütün bu işlərin nəticəsi olaraq “Azərişiq” ASC üzrə texniki itki 8,6 %-ə endirilmişdir. Gələcək dövrlərdə də enerji itkilərinin azaldılması, həmçinin müasir texnologiyaların və innovativ metodların tətbiqinin təşviqi istiqamətində Cəmiyyət tərəfindən işlər davam etdiriləcəkdir. Növbəti illər ərzində istismar müddətini bitirmiş elektrik sayğaclarının yenisi ilə əvəz olunmasında, həmçinin yeni quraşdırılan sayğaclarda Smart(ağıllı) sayğacların faiz nisbətinin artırılmasında daha böyük hədəflər müəyyən edilmişdir.
2023-cü il il ərzində də itkilərin azaldılması istiqamətində həyata keçirilən işlər, bu sahədə normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmış və ilk növbədə tədbirlər itkiləri yüksək olan əraziləri - şəbəkələri əhatə etmişdir.
Texniki itkilər yeni və daha səmərəli transformatorların quraşdırılması, paylayıcı şəbəkələrin daha yüksək gərginliklə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. Qeyri-texniki itkiləri isə daha çox Smart(ağıllı) sayğacların tətbiqinin genişləndirilməsi yolu ilə azaltmaq olar, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Digər xəbərlər
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində tədbirlər. 15 Mart 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024
- “Azərişıq” ASC öz fəaliyyətində prioritetlərdən sayılan elektron xidmətlərin sayını artırır. 30 Yanvar 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024