
Paylayıcı şəbəkədə elektrik enerjisi itkilərinin azaldılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərə paylayıcı şəbəkədə və istehlakçıların (sahibkarların) enerji təsərrüfatında reaktiv gücün kompensasiyası da daxildir. Bu istiqamətdə mütəmadi sahibkarlarla maarifləndirici tədbirlər təşkil olunur. Həmçinin, paylayıcı şəbəkə daxilində reaktiv gücün buraxılabilən hədlərdə saxlanılması üçün müvafiq tədbirlər aparılır. Keçirilən tədbirlər elektrik enerjisinin faktiki itkilərinin azaldılması, enerjitəchizatı müəssisəsinin gəlirlərinə müsbət təsir göstərir.
Şəbəkələrin fəaliyyətləri istiqamətində təşkilati tədbirlərin formalaşdırılmasına və texniki itkilərin azaldılması tədbirlərinə əsas diqqət yetirilir.
Təşkilati tədbirlər bunlardır:
- innovativ metodların və müasir texnologiyaların (aidiyyəti rəqəmsallaşma, şəbəkənin transformasiyası) tətbiqi,
- texniki personal üçün təlimlərin keçirilməsi,
- itkilərin azaldılmasına nəzarət edən xüsusi qrupun yaradılması;
- itkiləri yaradan səbəblərin təhlili;
- bu sahədə normativ-texniki bazanın təkmilləşdirilməsi.
Texniki tədbirlər aşağıdakılardır:
- həddən artıq yüklənmiş xətlərdə naqillərin yeni, müasir naqillərlə əvəz edilməsi;
- paylayıcı şəbəkənin iş rejimlərinin və sxemlərin optimallaşdırılması;
- reaktiv gücün kompensasiyası;
- mövsümi iş xarakterinə aid olan transformatorların ehtiyata çıxarılması;
- az və ya həddindən artıq yüklənmiş transformatorların müvafiq gücə uyğun dəyişdirilməsi;
- yük balansının formalaşdırılması.
İtkilərin azaldılması üçün həyata keçirilən mühüm tədbirlər sırasına aşağıdakıları da aid etmək olar:
- uçota alınmamış, enerji istehlak olunan kənar xətlərdən istifadə edən enerji istehlakçılarının müəyyən olunması və aradan qaldırılması;
- elektrik enerjisinin ölçü cihazlarının modernləşdirilməsi;
- elektrik enerjisinin məsafədən ölçülməsinin təşkil edilməsi;
- elektrik enerjisinin uçotu və nəzarəti üçün avtomatlaşdırılmış sistemin tətbiqi;
- balans mənsubiyyəti sərhədində məsafədən idarəolunan müasir cihazların quraşdırılması;
- məişət abonentləri üzrə kommersiya uçotunda yüksək dəqiqlik sinifinə malik və kənar müdaxilələrdən maksimum qorunan yeni sinif elektrik ölçmə cihazlarının quraşdırılması.
Bu tədbirlərlə yanaşı təchizatçı şəbəkə sahibkarlar, məişət abonentləri arasında yuxarıda qeyd olunan tədbirlərin mahiyyətinin nədən ibarət olduğu barədə maarifləndirmə və təbliğat işləri aparmalıdır.
Digər xəbərlər
- Elektrik enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi davam etdirilir. 11 Yanvar 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qubada vətəndaşları qəbul edib 28 Fevral 2025
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025
- "Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib 10 May 2025
- “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işlərini davam etdirir 13 May 2025