![“Azərişıq” ASC-nin rəhbərliyi Goranboy və Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək](/app/img/custom_news.png)
Oktyabrın 11-də saat 10:00-da “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edəcək.
ASC-dən bildirilib ki, qəbulda Goranboy rayonu və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər. Qəbul zamanı fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.
Həmin gün “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov isə Bərdədə vətəndaşları qəbul edəcək. Qurumun Bərdə şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Bərdə və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib. 16 May 2024
- “Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 15 İyun 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024
- Debitor borcların yığılması istiqamətində maarifləndirici tədbirlər 10 İyun 2024