İstehlakçılara göstərilən xidmətləri daha da keyfiyyətli, rahat həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək istiqamətində Səhmdar Cəmiyyət müntəzəm işlər aparır.
Ölkə ərazisində elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə aparılan işlər sahibkarların fəaliyyətinə də öz müsbət təsirini göstərir.
Səhmdar Cəmiyyət tərəfindən “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması üzrə aparılmış islahatlar nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddət isə 41 gündən 20 günə endirilmişdir.
İlk prosedurda, sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətdən, razılaşdırma prosesindən ibarət olur. Sonrakı 10 gün ərzində isə elektrik quraşdırma işləri həyata keçirilir və texniki şərt, layihə, və digər sənədlər sahibkara təqdim olunur. Əgər obyektə 400 metr yaxın məsafədə şəbəkənin balansında olan transformator varsa, vahid tarifə uyğun olaraq ödəniş edildikdən sonra 20 gün müddətində şəbəkəyə qoşulma həyata keçirilir. 150 kVt-dan yuxarı va ya 400 metr məsafədə transformator olmayan obyektlər üçün də sahibkar KOB evləri, “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Bu prosesdə 10 gün müddətində sahibkara texniki şərt təqdim olunur.
Səhmdar Cəmiyyət elektron xəritənin imkanlarından istifadə etməklə əraziyə getmədən məkanın seçilməsi, ölçmələrin aparılması, enerji təchizatı müəssisəsinə məxsus güc mərkəzinin texniki parametrlərinin təhlil edilməsi, sənədləşmə işinin tamamlanması proseslərini həyata keçirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirir 26 İyul 2024
- Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib 03 Oktyabr 2024
- Xırdalan şəhərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 29 Mart 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Səhmdar Cəmiyyətdə biznesin inkişafına yönələn tədbirlər həyata keçirilir 05 Avqust 2024