"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, vətəndaş məmnunluğunun formalaşdırılması və öz fəaliyyəti çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələrin icrası istiqamətində zəruri tədbirlər həyata keçirir. Məlumdur ki, son illər respublikamızda yeni generasiya gücləri yaradılmış, eyni zamanda, paylayıcı şəbəkənin inkişafı, xüsusilə elektrik verilişi xətlərinin yenidən qurulmasına böyük diqqət göstərilir.
Cəmiyyətdə elektrik təchizatının etibarlılığının artırılması, enerji dayanıqlığının və texnoloji itkilərin azaldılması, yeni güc mənbələrinin tikintisi, elektrik verilişi xətlərinin yenilənməsi, Rəqəmsal şəbəkələrin qurulması, rəqəmsallaşdırma və elektronlaşdırma işlərinin sürətləndirilməsi, sektora aid olan ən son innovasiyaların və texnoloji yeniliklərin tətbiqi istiqamətində davamlı işlər aparılmaqdadır.
Aparılan bu tədbirlər sahibkarların rahatlığına , onların operativ və şəffaf formada elektrik təchizatı şəbəkəsinə qoşulmasına xidmət edir.Bu baxımdan müntəzəm olaraq Cəmiyyətin rəsmi intenet səhifəsində və sosial şəbəkə hesablarında paylaşımlar edilir, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması istiqamətində materiallar paylaşılır.
Bununla əlaqədar, sahibkarlıq subyektlərinin ETŞ –yə elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış və 2024-cü ilin yanvar ayı ərzində "Azərişıq ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır. Qeyd olunan bu və digər tədbirlər nəticəsində ETŞ –yə elektron şəkildə qoşulma saylarında müsbət dinamika izlənilir, 2024-cü ilin yanvar ayı ərzində sahibkarlıq subyektlərinin 50.1%-ı şəbəkəyə qoşulmaq üçün elektron şəkildə müraciət etmişdir. 16 Yanvar 2024-cü il tarixində KOB İnkişaf Agentliyinin təşkilatçılığı, Lənkəran regional koordinatorluğu üzrə Masallı Sənaye Mərkəzində “Regionda turizm potensialının genişləndirilməsi istiqamətində marketinq və kommunikasiya planı üzrə mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüş keçirilmişdir. Görüşdə iştirak edən sahibkarlara ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar və həyata keçirilən yeniliklər barədə məlumat verilmiş, görüş iştirakçılarının sualları cavablandırılmışdır. Bundan başqa 18 Yanvar 2024-cü il tarixində Abşeron regional koordinatorluğu üzrə Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində “Sənaye sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüşdə “Azərişıq” ASC də iştirak etmiş, sahibkarların mövcud problemləri dinlənilmiş, sualları cavablandırılmışdır. Görüşlər kütləvi informasiya vasitələrində (KİV) yayımlanmışdır.
Digər xəbərlər
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları. 06 İyun 2024
- "Azərişıq" Tovuzda yenidənqurma işlərini davam etdirir 08 Avqust 2024
- İstehlakçıların maarifləndirilməsi məqsədilə elektrik enerjisi təchizatı sahəsini, onun funksiya və xüsusiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası” (Handbook) hazırlanmışdır. 15 İyul 2024
- Sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatlar verilir 13 Fevral 2024
- Elektrik enerjisi itkilərinin azaldılması əsas hədəflərimizdəndir. 09 Fevral 2024