Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma prosedurunun sadələşdirilməsi və şəffaflığın artırılması məqsədilə tətbiq edilən yeni elektron xidmətlər barədə maraqlı tərəflərlərin maarifləndirilməsi və məlumatlandırılması “Azərişıq" ASC-nin prioritet istiqamətlərindən biridir. Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaların tətbiqi və təkmilləşdirlimiş elektron müraciət sistemində elektron müraciətlərin sayının artırılması məqsədilə "Azərişıq" ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) daha da təkmilləşdirlmiş və əlçatanlıq təmin edilmiş, məmur vətəndaş təması minimuma endirilmişdir. EMİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir.
"Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülmüş, ümumi prosseslər sadələşdirilmişdir. Həmçinin "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" Fərmanı ilə artıq sahibkarlara elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və "ASAN Kommunal" mərkəzlərində icra edilməsi imkanı yaradılmışdır.
Bu istiqamətdə ən mühüm yeniliklərdən biri isə artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması prosesinin üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, icra edilməsidir. Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmillləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə kiçik və orta biznes evlərində (KOB) əlavə müraciət üçün şərait yaradılır.
Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalarda sahibkar artıq cəmi iki dəfə dövlət qurumu ilə təmasda olacaqdır: İlkin olaraq KOB evlərinə və ya mərkəzlərə müraciəti edəcək və qoşulma haqqı ödəniləcək, daha sonra isə ilk 10 gün ərzində dövlət qurumları arasında inteqrasiyanın təmin olunması nəticəsində sahibkarın hər hansı bir iştirakı olmadan texniki şərtlər, layihə sənədlərinin hazırlanması ilə bağlı "Texniki Şura" müvafiq tədbirlərgörəcəkdir.
Sonrakı 10 gün ərzində isə tikinti-quraşdırma işləri və ETŞ-yə fiziki qoşulma, tikinti obyektinə elektrik enerjisinin verilməsi başa çatdırılır. Bütün işlər yekunlaşdığı zaman texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur.
Digər xəbərlər
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 22 Noyabr 2024
- Şağan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq 07 Noyabr 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib 13 Dekabr 2024
- Sabunçuda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Dekabr 2024